FHN Altıağac Milli Parkında baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Altıağac Milli Parkında baş vermiş yanğınla bağlı məlumat yayıb
# 07 noyabr 2013 22:03 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 7-də Altıağac Milli Parkında baş vermiş yanğınla bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə,

Xızı rayonu, Altıağac qəsəbəsində (rayon mərkəzindən 26 km aralı) "Altıağac Milli Park"ına məxsus ərazisində baş vermiş yanğın nəticəsində 3 ha xəzəl, dağlıq ərazidə 8 ha kol-kos və quru ot yanıb.

"Altıağac Milli Park"ının ərazisi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR