Azərbaycanın diplomatik nümayəndəliklərin saxlanılmasına dövlət büdcəsindən 58 413 677 manat ayrılacaq

Azərbaycanın diplomatik nümayəndəliklərin saxlanılmasına dövlət büdcəsindən 58 413 677 manat ayrılacaq
# 18 oktyabr 2013 11:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bu rəqəm Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsinin layihəsində əksini tapıb.

Həmin məbləğdən 28 097 736 manat əməyin ödənişinə, 2 338 093 manat icbari tibbi sığortasına, 2 615 608 manat ezamiyyə xərclərinə, inventar və avadanlığın alınmasına 20770977 manat, digər xərclərinə isə 20 580 912 manat ayrılacaq.

Qeyd edək ki, gələn il Azərbaycanın beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqlarına 205,4 mln. manat ayrılması nəzərdə tutulub. Onlardan Azərbaycan beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20 mln. manat, Azərbaycanın digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 127 mln. manat vəsait proqnozlaşdırılır. 2014-cü ildə nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün isə 60 mln. manat vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR