Azərbaycan çempionunun potensial rəqibləri müəyyənləşib

Azərbaycan çempionunun potensial rəqibləri müəyyənləşib
# 07 oktyabr 2013 09:39 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə UEFA kubokunun elit raundunun iştirakçılarının tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mübarizəyə birbaşa bu mərhələdən başlayacaq 4 kluba qoşulacaq 12 komandanın adı bəlli olub.


Bunlar əsas mərhələnin 6 qrupunda ilk 2 yeri tutanlardır. Rumıniyada keçirilən VI qrupun oyunlarında Yunanıstan “Afina-90”nı 5:1, Belçika “Şatelino”sunu 3:1 hesabı ilə məğlub edən, meydan sahibləri “Tərqu Mureş”lə bərabərə qalan (3:3) Azərbaycan çempionu “Araz”da bu 16 klub sırasındadır.

Əsas mərhələdən azad olanlar: “Kayrat” (Qazaxıstan), “Dinamo” (Rusiya), “Barselona” (İspaniya), “Sportinq” (Portuqaliya)

Əsas mərhələnin qrup qalibləri: “VitEn” (Belarus), “Qyori ETO” (Macarıstan), “Tulpar” (Qazaxıstan), “Xrudim” (Çexiya), “Ekonomak” (Serbiya), “Araz” (Azərbaycan)

Əsas mərhələnin qrup ikincilər: “Slov-Matik” (Slovakiya), “Tanqo” (Bosniya və Herseqovina), “Lokomotiv” (Ukrayna), “Litija” (Sloveniya), “Eyndhoven” (Hollandiya), “Tırqu Mureş” (Rumıniya)

Qeyd edək ki, noyabrın 19-24-də keçiriləcək elit raundun püşkü oktyabrın 18-də atılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR