Serbiya XİN Rəcəb Tayyib Ərdoğanın Kosovoya səfəri ilə bağlı bəyanat yayıb

Serbiya XİN Rəcəb Tayyib Ərdoğanın Kosovoya səfəri ilə bağlı bəyanat yayıb
# 25 oktyabr 2013 09:52 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Serbiya Xarici İşlər Nazirliyi Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Kosovoya səfəri zamanı orada söylədiyi ifadə ilə bağlı bəyanat yayıb.

APA-nın Serbiya XİN-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, Serbiyada bu cür ifadələri dost kimi qəbul edilə bilməz və Türkiyə hökumətinin bundan əvvəl verdiyi bəyanatlara ziddir.

XİN-in bəyanatında eyni zamanda vurğulanır ki, Türkiyənin Kosovonun suverenliyini tanısa da, bütün dünya Kosovonun serb sözü və Serbiya ərazisi olduğunu bilir.

Qeyd edək ki, oktyabrın 23-də Kosovoya səfər edən R.T.Ərdoğan çıxış zamanı “Türkiyə Kosovodur, Kosovo Türkiyədir” ifadəsini işlədib ki, bu da Serbiyada narazılıqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR