ARDNŞ Cənubi Koreya şirkəti ilə əməkdaşlıq edə bilər

ARDNŞ Cənubi Koreya şirkəti ilə əməkdaşlıq edə bilər
# 13 dekabr 2013 13:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Cənubi Koreyanın “Hyundai Engineering Construction Co. LTD” şirkətinin prezidenti və icraçı direktoru Soo-Hyun Jungla görüşüb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, R.Abdullayev bildirib ki, Azərbaycan Cənubi Koreya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə böyük maraq göstərir. Koreya şirkətləri ilə ARDNŞ arasında səmərəli tərəfdaşlıq təcrübəsi yarandığını vurğulayan R.Abdullayev ARDNŞ-ın ölkə daxilində və xaricdə həyata keçirməyə hazırlaşdığı iritutumlu sərmayə proqramları, TANAP, “Star” neft emalı zavodu, neft-qaz emalı və neft-kimya kompleksi və başqa layihələr haqqında qonaqlara ətraflı məlumat verib, əməkdaşlıq üçün geniş və perspektivli imkanlar olduğunu bildirib.

Soo-Hyun Jung ARDNŞ tərəfindən Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən layihələrə böyük maraq göstərdiklərini ifadə edib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR