Ukrayna beynəlxalq məhkəmələrdə Rusiyaya qarşı iddia qaldırmaq niyyətindədir

Ukrayna beynəlxalq məhkəmələrdə Rusiyaya qarşı iddia qaldırmaq niyyətindədir
# 01 aprel 2014 22:16 (UTC +04:00)

Bakı-APA, Ukrayna beynəlxalq məhkəmələrdə Rusiyaya qarşı iddia qaldırmağa hazırlaşır. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Ukrayna XİN rəhbərinin vəzifəsini icra edən Andrey Deşitsa Brüsseldə NATO-Ukrayna komissiyasının iclasında bildirib.

“Ukrayna Krımı öz hissəsi hesab edir. Biz BMT Beynəlxalq Məhkəməsi də daxil olmaqla, digər beynəlxalq məhkəmələrdə Rusiyaya qarşı iddia qaldıracağıq. Beynəlxalq ictimaiyyətin geniş dəstəyi ilə Krımı qaytarmaq əzmindəyik”, deyə o bildirib. Bununla belə, onun sözlərinə görə, bu heçdə tez baş verməyəcək.

“Bütün lazımi sənədləri toplamaq üçün bizə zaman gərəkdir. Bizim ekspertlər hazırda iddiaların hazırlanması ilə məşğuldur”, deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR