TÜRKSOY ölkələri fotoqraflarının Bakı görüşü başa çatır

TÜRKSOY ölkələri fotoqraflarının Bakı görüşü başa çatır
# 10 sentyabr 2013 10:26 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bakıda keçirilən TÜRKSOY ölkələri fotoqraflarının 10-cu görüşü başa çatır. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, sentyabrın 2-də başlayan görüşün yekun sərgisi sentyabrın 11-də “Qalereya 1969”da keçiriləcək.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən tədbirdə türkdilli ölkələri təmsil edən 14 fotoqrafın, o cümlədən 6 azərbaycanlı fotoqrafın bir həftə müddətində Bakıda və respublikanın bölgələrində lentə aldıqları foto əsərlərindən seçilmiş nümunələr nümayiş etdirilir. Sərgi TÜRKSOY-un 20 illiyinə həsr olunub.

Fotoqraflar Dövlət Bayrağı Meydanında, Dənizkənarı Milli Parkda çəkilişlər aparıblar. Foto ustaları Şəhidlər Xiyabanında, Filarmoniya bağında, şəhərin müxtəlif məkanlarında olub, paytaxtda inşa edilən yeni binaları, hotelləri fotoobyektivin yaddaşına köçürüblər. İştirakçılar turistlərin maraq göstərdiyi "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq, “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarında da olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR