Dağıstan Azərbaycana investisiya qoymaq üçün layihələr təklif edib

Dağıstan Azərbaycana investisiya qoymaq üçün layihələr təklif edib
# 15 yanvar 2014 12:07 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA-Economics. Dərbənddə Azərbaycan-Dağıstan Hökumətlərarası Komissiyasının Dağıstan bölməsinin növbəti iclası keçirilib.

APA-Economics”in Dağıstan Xalq Məclisinin saytına istinadən xəbərinə görə, iclasda Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidov və hökumət başçısı Əbdüsəməd Həmidov iştirak ediblər.

X.Şıxsəidov yaxın vaxtlarda komissiya üzvlərinin Azərbaycana səfər edəcəyini bildirib. Toplantıda Azərbaycanın investisiya qoyması üçün Dağıstanın təkliflər paketi müzakirəyə çıxarılıb. Təkliflərdə Dağıstanda konserv zavodunun, logistika mərkəzinin, sement zavodunun inşası nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR