Ötən ay Azərbaycanda sərnişindaşıma tarifləri 1,4% bahalaşıb

Ötən ay Azərbaycanda sərnişindaşıma tarifləri 1,4% bahalaşıb
# 14 yanvar 2014 09:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 1,4% bahalaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində MDB ölkələrinə hava nəqliyyatı və dəmir yolu nəqliyyatı üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 3,5% və 16,9%, digər xarici ölkələrə hava nəqliyyatı üzrə sərnişindaşıma tariflərində isə 8,9% bahalaşma müşahidə olunub.

Dekabr ayında dəniz nəqliyyatında sərnişindaşıma tarifləri 2,3% bahalaşıb. Boru kəməri vasitəsilə neft və qazın nəql olunma tarifi üzrə və avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri üzrə dekabrda dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR