Baş Prokurorluqda amnistiya aktının tətbiqi ilə əlaqədar seminar keçirilib - FOTO

Baş Prokurorluqda amnistiya aktının tətbiqi ilə əlaqədar seminar keçirilib - <span style="color: red;">FOTO
# 11 may 2013 14:04 (UTC +04:00)

Bakı – APA. Mayın 11-də Baş Prokurorluqda Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 7 may 2013-cü il tarixli qərarının prokurorluq orqanlarında tətbiqi mövzusunda seminar keçirilib. Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi, Hüquqi təminat və informasiya idarələrinin, eləcə də Elm-Tədris Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov məruzə ilə çıxış edib.

İ. Cəfərov Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının dövlətin daim diqqət mərkəzində olduğunu qeyd edərək Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə başlanılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olunmaqla, humanizm siyasəti çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən əfv və amnistiya təsisatlarının bərpası və bu sahədə qəti addımların atıldığını xüsusi vurğulayıb.

Seminarda bildirilib ki, amnistiya aktının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə baş prokuror tərəfindən müvafiq əmr imzalanıb.

Tədbirdə qərarın icrası mexanizmlərinin təkmilləşdirilməsi, prokurorluq əməkdaşlarının amnistiyanı tətbiq edəcək dövlət orqanları ilə səmərəli əməkdaşlığı, qərarın icrası zamanı yarana biləcək məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR