Azərbaycanda dəmir yolu və dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi azalıb

Azərbaycanda dəmir yolu və dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi azalıb
# 24 sentyabr 2013 09:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economcis. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşıma 14,9 mln. ton olub ki, bu da illik müqayisədə 2% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, orta hesabla sutkada 654 vaqon yüklənib, 581 vaqon boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 24,6 min ton, Qərb istiqaməti üzrə 6,3 min ton və Cənub istiqaməti üzrə 5,9 min ton yüklənmə işi yerinə yetirilib.

Komitənin məlumatına görə, eyni zamanda bu ilin səkkiz ayı ərzində dəniz nəqliyyatı ilə 7,8 mln. ton yük daşınıb ki, bu da illik müqayisədə 8,2% azdır. Daşımaların 57,1%-ni neft yükləri, 42,9%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib. Dəniz limanlarında 8 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib. İşlənmiş yüklərin 84,5%-ni beynəlxalq tranzit yüklər təşkil edib.

Qeyd edək ki, 2013-cü il sentyabrın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 66,6 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,1% çox idxal yüklərin qalığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR