Zaur Axundov: “Bu, Azərbaycan idmanında böyük hadisədir”

Zaur Axundov: “Bu, Azərbaycan idmanında böyük hadisədir”
# 12 mart 2014 08:06 (UTC +04:00)

Bakı – APA. “Biz UEFA Futzal Kubokunun həlledici mərhələsində ikinci dəfə iştirak edəcəyik və bu, Azərbaycan idmanında böyük hadisədir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.

“Araz” tarixində ikinci dəfə “Dördlər finalı”nda iştirak edəcək.

4 il əvvəl 3-cü pilləni tutan Naxçıvan təmsilçisi bu dəfə UEFA Futzal Kubokunun finalına çıxmaq imkanı var. Çünki həlledici oyunlar ilk dəfə Bakıda keçiriləcək. Bu il 9-cu dəfə ölkə çempionu olmağa hazırlaşan “Araz” bunun üçün Rusiyanın “Dina” klubundan ukraynalı qapıçı Aleksey Popovu icarəyə götürüb.

Zaur Axundov isə oyunların Bakıda keçirilməsinin təmsilçimiz üçün üstünlük olduğunu bildirib: “Bu, böyük nailiyyətdir. Bu uğura bəzi oyunçular yox, bütün heyət, “Araz”ın bütün futzalçıları nail olub. Yerli azarkeşlərimiz oyunçularımıza əlavə motivasiya verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR