Zaqatalada yanğın baş verib

Zaqatalada yanğın baş verib
# 17 aprel 2014 11:04 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonunun Çökək yaşayış massivində Müslümov Məhəmməd Oruc oğluna məxsus ümumi sahəsi 110 kv. m olan, kürsülü evin mətbəxində baş verib.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticədə evin mətbəxinin tavan hissəsinin 5 kv. m hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı FHN-in Zaqatala rayon DYMX-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR