Azərbaycan prezidentinə təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan prezidentinə təbrik məktubları gəlməkdə davam edir
# 24 oktyabr 2013 14:44 (UTC +04:00)

Bakı - APA. Yunanıstan baş naziri Antonis Samaras Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə İ. Əliyevi təbrik edən baş nazir qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan ikitərəfli əlaqələrin onun prezidentliyi dövründə yeni mərhələyə qədəm qoyduğunu qeyd edib: “Bu ilin əvvəlində Azərbaycana səfərim zamanı xüsusilə enerji və investisiya qoyuluşu sahələrində çoxtərəfli əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı ümumi siyasi iradəmizin ifadə edilməsi imkanımız oldu. Bu kontekstdə mən bir daha təkrar edirəm ki, “Şahdəniz” konsorsiumunun Trans-Adriatik (TAP) qaz kəməri layihəsinin seçimi ilə bağlı bu yaxınlarda verdiyi qərar ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulması istiqamətində çox vacib addımdır.

Sizi əmin edirəm ki, Yunanıstan həm ikitərəfli qaydada, həm də Avropa İttifaqının üzvü kimi ölkələrimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrimizin dərinləşdirilməsi istiqamətində işi davam etdirəcək”.

Malayziyanın Baş naziri Dato Sri Mohd Najib, Rumıniyanın sabiq Baş naziri, senator, Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan Unqureanu, Olqa Mstislavovna Rostropoviç, “KAZENERGY” Assosiasiyasının sədri Timur Kulibayev, Rusiya Federasiyasının Xalq Artisti Yuri Lyubimov və Nyu-Meksiko ştatının Nümayəndələr Palatasının üzvü Debbi Rodella da Azərbaycan prezidentinə təbrik ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR