Gəncə sakinləri dəm qazından zəhərlənib

Gəncə sakinləri dəm qazından zəhərlənib
# 27 yanvar 2014 13:18 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə dəm qazından iki zəhərlənmə hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1998-ci il təvəllüdlü Məhəmməd Bayramov və 1997-ci il təvəllüdlü Röyal Bağırov ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda hər iki gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, hər iki şəxs vanna otağında dəm qazından zəhərləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR