İraqın Anbar vilayətində davam edən döyüşlər nəticəsində 140 min adam qaçqın düşüb

İraqın Anbar vilayətində davam edən döyüşlər nəticəsində 140 min adam qaçqın düşüb
# 24 yanvar 2014 14:49 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İraqın Anbar vilayətində davam edən döyüşlər nəticəsində 140 min adam qaçqın düşüb.

APA - nın xəbərinə görə, bu barədə BMT-nin Qaçqınlarla iş üzrə komissarlığın yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, ötən həftə 65 000 nəfər öz evlərini tərk etməyə məcbur olub. Həmin insanların çoxu paytaxt Bağdada və qonşu vilayətlərə qaçıb.

Qeyd edək ki, son vaxtlar Anbar vilayətində İraq ordusu ilə “Əl-Qaidə”yə bağlı olan terror qruplaşması arasında döyüşlər gedir. Toqquşmalar əsasən Fəlluca və Ramadidə baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR