AMEA Aqrar Elmlər Bölməsinin gizli səsvermə ilə büro üzvləri seçilib

AMEA Aqrar Elmlər Bölməsinin gizli səsvermə ilə büro üzvləri seçilib
# 20 may 2013 13:41 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. AMEA Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən AMEA prezidenti Akif Əlizadə Rəyasət Heyəti tərəfindən təsdiq olunan Nizamnaməyə uyğun olaraq gizli səsvermə yolu ilə AMEA Aqrar Elmlər Bölməsinin büro üzvlərinin, akademik-katibinin müavininin və elmi katibinin seçiləcəyini bildirib.

Sonra gizli səsvermə yolu ilə AMEA-nın müxbir üzvü Mahmud Abdullayev bölmənin akademik-katibinin müavini, akademiklər Qərib Məmmədov, Urxan Ələkbərov, Seyfəddin Əliyev, Siddiqə Məmmədova, AMEA-nın müxbir üzvləri Məhərrəm Babayev, Mahmud Abdullayev və Tofiq Məmmədov bölmənin büro üzvləri, biologoya elmləri namizədi Tubuxanım Qasımzadə isə bölmənin elmi katibi seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR