Qırğızıstanda tauna yoluxanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Qırğızıstanda tauna yoluxanlar arasında Azərbaycan vətəndaşları yoxdur
# 29 avqust 2013 12:16 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycanın Qırğızıstandakı səfirliyindən bildiriblər. Məlumatda qeyd olunur ki, Qırğızıstanın müvafiq orqanları tərəfindən lazımı tədbirlər görülür, həmin orqanlar və səfirlik tərəfindən ölkəyə gələn vətəndaşlara bubon taunu aşkar olunduğu ərazilərə səfər etməmək tövsiyə olunur.

Qeyd edək ki, bu yaxınlarda Qırğızıstanın İssık-Kul vilayətində taun xəstəliyin daşıyıcı olan gəmiricilərin sayının artması nəticəsində bir nəfərdə bu xəstəlik aşkar edilib və həmin şəxs xəstəlikdən vəfat edib. Ölkənin müvafiq orqanları avqustun sonlarına kimi həmin ərazilərdə karantin elan ediblər, əhali arasında yoxlamalar keçirilir. Lakin bu günə kimi bu xəstəliyə yeni yoluxma halı aşkar edilməyib. Bir neçə ölkə Qırğızıstana səfər edən vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Qonşu Tacikistanın Səhiyyə Nazirliyi isə öz vətəndaşlarına həmin vilayətə səfərə getməməyi tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR