Azərbaycanda daha bir sığorta şirkəti satılır

Azərbaycanda daha bir sığorta şirkəti satılır
# 03 iyun 2014 10:08 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin fevral ayında lisenziyası dayandırılmış “Royal Sığorta” şirkəti satışa çıxarılacaq.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, şirkət ya tam şəkildə, ya da hissə-hissə satılacaq: “Hazırda potensial investorlarla danışıqlar aparılır. Alıcının yerli və yaxud xarici olması heç bir əhəmiyyət kəsb etmir”.

Şirkət nümayəndəsinin sözlərinə görə, satışın məqsədi əlavə kapital cəlb etmək və fəaliyyəti bərpa etməkdir: “Nizamnamə kapitalını hazırkı 1,7 milyon manatdan müəyyən edilmiş tələbə - 5 milyon manata çatdırmaq üçün yeni təsisçi cəlb olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR