İran prezidentinin idman geyimində fotoşəkili yayılıb - FOTO

İran prezidentinin idman geyimində fotoşəkili yayılıb - <span style="color: red;">FOTO
# 03 dekabr 2013 13:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran mətbuatında adətən dini geyimdə görməyə alışdığımız İran prezidenti Həsən Ruhaninin idman stilində olan fotoşəkili yayılıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran prezidentinin ən çox sevdiyi idman növü alpinizmdir. Hətta H.Ruhaninin öz sağlamlığını qorumaq üçün həftədə bir və ya iki dəfə Tehran şəhərinin ətrafındakı dağlara, xüsusilə dağ kurortlarına dırmandığı bildirilir. Onun İran Ali Milli Təhlükəsizlik Şurası katibi işləyəndən ölkənin prezidenti olanadək müddətdə belə heç vaxt idmanı buraxmadığı və sevimli məşğuliyyətini gizlətmədiyi qeyd olunur.

İran Alpinizm Federasiyasının prezidenti İsa Savə Şimşəki məsələ ilə bağlı bildirib ki, H.Ruhani adətən həftədə bir-iki dəfə Tehran şəhərinin ətrafındakı dağlara gedir: “Əlbəttə, İran prezidenti hələlik bu həftə dağa dırmanmayıb. Ancaq o, idmanı çox sevir və davam etdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR