Rusiyada 3 azərbaycanlı həbs edilib

Rusiyada 3 azərbaycanlı həbs edilib
# 06 may 2013 11:34 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Rusiya Federal Xidmətinin İvanovsk vilayəti üzrə idarəsinin əməkdaşları iri miqdarda narkotik partiyasının qanunsuz dövriyyəsində şübhəli bilinən 3 azərbaycanlını həbs ediblər. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onlardan ikisinin üzərində 2,5 kiloqramdan çox həşiş aşkarlanaraq götürülüb. Digər azərbaycanlının isə alıcı olduğu güman edilir.

Saxlanılan şəxslərin yaşadığı yerlərdə aparılan axtarış-istintaq tədbirləri zamanı 36 narkotik bitki kolu və digər narkotik maddələr tapılıb. Bu şəxslər haqqında həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR