Gəncənin mərkəzində olan hərbi hissələr köçürüləcək - VİDEO

Gəncənin mərkəzində olan hərbi hissələr köçürüləcək - <span style="color: red;">VİDEO
# 18 fevral 2014 10:27 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2013-cü ilin yekunlarına həsr edilən hesabat iclasında bildirib. Onun sözlərinə görə, ölkə rəhbərliyinin tapşırığı əsasında Gəncədə olan hərbi hissələrin köçürülməsi işinə yaxın vaxtlarda başlanılacaq. E. Vəliyev bildirib ki, şəhərdə təxminən 1000 hektar ərazi hərbi hissələrin istifadəsindədir: “Hərbi hissələr köçürüldükdən sonra torpaqlar şəhər bələdiyyələrinə veriləcək və orada müxtəlif layihələr həyata keçiriləcək. Burada əsasən hündür mərtəbəli binaların tikilməsi nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR