Rusiyada 5,5 bal gücündə zəlzələ baş verib

Rusiyada 5,5 bal gücündə zəlzələ baş verib
# 23 may 2014 23:25 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Buryatiya Muxtar Respublikasında 5,5 bal gücündə zəlzələ baş verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla 04:42-də qeydə alınan yeraltı təkanların episentri Severomuysk şəhərindən 35 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR