Nəqliyyat naziri Şabranda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Nəqliyyat naziri Şabranda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 yanvar 2014 12:05 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Şabran rayonunda vətəndaşları qəbul edib. APA-nın Şimal bürosunun məlumatına görə, nazirlə keçirilən görüşdə Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşlar iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən yol infrastrukturu, nəqliyyat vasitələrinə aid problemlər və işə qəbulla bağlı məsələlər barədə olub. Bəzi məsələlər yerində həll olunub, digər məsələlərin həll olunması üçün göstərişlər verilib.

Nəqliyyat Nazirliyinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR