«Bank of Baku» internet bankçılıq sistemini yeniləyib

«Bank of Baku» internet bankçılıq sistemini yeniləyib
# 12 noyabr 2013 14:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Müştərilərin rahatlığını təmin etmək məqsədilə «Bank of Baku» ASC internet bankçılıq xidmətinin yeni formatda tətbiqinə başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni sistem vasitəsi ilə müştərilər istifadə etdikləri bank məhsul və xidmətləri barədə dəqiq və ətraflı məlumat əldə edəcəklər.

Bura cari hesablar, əmanət, plastik kartların balansı, kreditlər və digər xidmətlər daxildir. İnternet bankçılığa qoşulma pulsuzdur. Yeni formatda internet bankçılıq vasitəsi ilə bank müştəriləri həmçinin hesablarına dair son 3 ili əhatə edən çıxarış əldə edə bilərlər. Bank hesabından çıxarış müştəriyə ödənişsiz təqdim edilir. Beləliklə, müştərilər sərf etdikləri vəsaitlərə çevik nəzarət, plastik kartların limitini yoxlamaq, kredit ödənişlərini həyata keçirmək, kartlarla alış-veriş zamanı xərclənən məbləğ barədə onlayn məlumat və əmanətləri barədə müfəssəl məlumatın əldə edilməsi, əmanəti artırmaq imkanı kimi üstünlüklərdən faydalana bilərlər. İnternet bankçılıq xidmətinə qoşulmuş şəxslər həmçinin kommunal xidmət haqlarını, mobil və şəhər rabitəsi, internet və digər ödənişlərini edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR