Avropa Birliyi İranın nüvə proqramını genişləndirməsindən narahatdır

Avropa Birliyi İranın nüvə proqramını genişləndirməsindən narahatdır
# 23 may 2013 16:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Birliyi (AB) İranın nüvə proqramını genişləndirməsindən narahatdır.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəliyindən açıqlama verilib.

Xəbərdə bildirilir ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etmir: “İran nüvə fəaliyyətlərini irəlilədib və agentliklə kifayət qədər əməkdaşlıq etmir. Eyni zamanda nüvə proqramı ilə bağlı yaranmış bəzi suallara aydınlıq gətirmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR