Dövlət Komitəsi “nurçular”ın toplaşdığı yerdən götürülən ədəbiyyatın ekspertizasını keçirəcək - EKSKLÜZİV

Dövlət Komitəsi “nurçular”ın toplaşdığı yerdən götürülən ədəbiyyatın ekspertizasını keçirəcək - <span style="color: red;">EKSKLÜZİV
# 14 aprel 2014 14:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “nurçular”ın toplaşdığı yerdən götürülən ədəbiyyatın hərtərəfli ekspertizasını keçirəcək.

Komitədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 12-də Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsində Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı müvafiq sahələr üzrə ekspert qismində iştirak edib.

Məlum olub ki, “nurçu” təriqətinin “Mustafa Sungur camaatı” və ya “klassik” kimi tanınan cərəyanın nümayəndələrinin birgə toplaşdığı həmin ünvanda dini fəaliyyətlə məşğul olmaq üçün Komitəyə heç bir müraciət daxil olmayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı toplanan dəlillərin müvafiq ekspertizasının nəticələrinə əsasən, məhkəmə qaydasında “Dini etiqad azadlığı haqqında” qanunun 12-ci maddəsinin müvafiq tələbinin (“bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər”) pozulmasına münasibət bildiriləcək.

Eyni zamanda sözügedən ünvanda əməliyyat zamanı götürülmüş dini ədəbiyyat Dövlət Komitəsində müvafiq dinşünaslıq ekspertizasından keçiriləcək və həmin ekspertizanın nəticələrinə əsasən, bu ədəbiyyatın əldə olunması, istehsalı (və ya idxalı), həmçinin istifadəsinin qanunauyğunluğu barədə rəy bildiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR