Slavyansk ətrafında baş verən şiddətli döyüşdə 4 Ukrayna əsgəri həlak olub, 20-yə yaxını yaralanıb - FOTO - VİDEO

Slavyansk ətrafında baş verən şiddətli döyüşdə 4 Ukrayna əsgəri həlak olub, 20-yə yaxını yaralanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 05 may 2014 13:56 (UTC +04:00)

APA-nın “Censor.net” saytına istinadən verdiyi məlumata görə, Ukrayna xüsusi təyinatlıları və əsgərləri tərəfindən mühasirədə saxlanılan Slavyanskda mövqe tutmuş silahlı qruplaşmanın bir neçə yüz üzvü mühasirəni yarmağa cəhd göstərib. Daxil işlər naziri Arsen Avakov onların sayının təxminən 800 nəfər olduğunu bildirib.

Ukrayna Təhlükəsizlik Xidmətini “Alfa” və Daxili İşlər Nazirliyinin “Yaquar” və “Omeqa” xüsusi təyinatlı dəstələrinin döyüşçüləri ilə baş verən toqquşmada separatçı-terrorçu qruplaşma ağır itki verərək geri çəkilməyə məcbur olub. Onların nə qədər itki verdiyi hələlik bəlli deyil. Ukrayna tərəfindən 4 nəfər həlak olub, 20-yə yaxın döyüşçü yaralanıb. Döyüş meydanında Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU) əməkdaşlarına məxsus müasir silahlar aşkarlanaraq götürülüb. Antiterror əməliyyatı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR