Qubada 23 yaşlı oğlan bıçaqlanıb

Qubada 23 yaşlı oğlan bıçaqlanıb
# 22 may 2014 09:21 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, bıçaqlanan şəxs Quba rayonunun Barlı kənd sakini, 1991-ci il təvəllüdlü Babayev İlqar Yusif oğludur.

Xaçmaz rayon Xəstəxanasına yerləşdirilən İ. Babayevə döş qəfəsəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

F. Məmmədov qaynının oğlu tərəfindən bıçaqlandığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR