Qobustan həbsxanasında kamerada mobil telefon aşkarlanıb

Qobustan həbsxanasında kamerada mobil telefon aşkarlanıb
# 29 noyabr 2013 15:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Həbsxananın əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanada cəza çəkən 1976-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5 maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Fərid Zaur oğlu Bakıxanovun kamerasına baxış keçirilib. Bu zaman döşəmənin gizli saxlanc yerində gizlədilmiş ona məxsus 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR