AMEA doktorantura pilləsinə qəbul imtahanlarına yanvarın birinci yarısından başlanacaq

AMEA doktorantura pilləsinə qəbul imtahanlarına yanvarın birinci yarısından başlanacaq
# 14 dekabr 2013 11:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura pilləsinin yaradılması məsələsi baxılmaqdadır.

APA-nın xəbərinə görə, AMEA-nın prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib ki, bu məsələyə mane olan heç nə yoxdur, proses gedir.

AMEA prezidenti vurğulayıb ki, akademiyanın doktorantura pilləsinə qəbul imtahanlarına yanvarın birinci yarısından başlanacaq. Onun sözlərinə görə, hazırda AMEA təşkilatlarına doktoranturaya sənəd qəbulu aparılır: “Sənəd qəbulu yekunlaşandan sonra bizə təqdim olunacaq, yekun imtahanlar keçiriləcək”.

2023-cü ildə görülən işlərdən danışan A. Əlizadə bu il AMEA-da müəyyən islahatlar aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, artıq AMEA Rəyasət Heyətində islahatlar başa çatdırılıb, hazırda institutlarda həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR