ABŞ Gürcüstanda keçmiş məmurların saxlanılması faktlarını diqqətlə izləyir

ABŞ Gürcüstanda keçmiş məmurların saxlanılması faktlarını diqqətlə izləyir
# 24 may 2013 05:10 (UTC +04:00)

Bakı-APA. ABŞ hökuməti Gürcüstanda, ölkənin keçmiş baş naziri Vano Merabişvili daxil olmaqla, keçmiş yüksək vəzifəli məmurların saxlanılması faktlarını diqqətlə izləyir.

APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyin açıqlamasında bildirilir ki, ABŞ bu işlərin istintaqına, hüquqi prosedurlara, qanunun aliliyinə, xüsusilə, təqsirsizlik prezumsiyasına böyük əhəmiyyət verdiyini Gürcüstan hökumətinə aydın şəkildə izah edib. “Bu, baş verənlərin “siyasi hesablaşma” anlamında qəbul olunmamasına yardım edə bilər. Bunlar, keçmiş baş nazirin həbsi kimi həssas məsələlərdə daha çox əhəmiyyətlidir. Qeyd edək ki, bu işlər üzrə ilkin məhkəmə iclasları və qətimkan tədbirinin seçilməsi üzrə dinləmələr gürcü və beynəlxalq müşahidəçilər üçün açıqdır”, deyə bəyanatda bildirilir.

ABŞ Gürcüstanı istintaqı açıq şəkildə aparılmasını davam etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR