Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanların adı açıqlanıb - FOTO - YENİLƏNİB 1

Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanların adı açıqlanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB 1
# 11 noyabr 2013 08:28 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, 90 NF 529 dövlət nömrə nişanlı 104 saylı marşrutla hərəkət edən avtobus Suraxanı rayonu ərazisində 10 AL 262 dövlət nömrə nişanlı "QAZ-53" markalı yük maşını ilə toqquşub.

Nəticədə yük maşını yolun kənarında neft mədəninin ərazisinə düşüb.

Sürücü zərbədən sükan arxasında sıxışıb qalıb. Onu sərnişinlər xilas ediblər. Sürücü xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, avtobusun sürücüsü Həsənov Mövsüm Ağahüseyn oğludur. Qəza nəticəsində onun hər iki ayağı sınıb.

Faktı bağlı Suraxanı RPİ-də araşdırma aparılır.

3 saylı Şəhər Kilinik Xəstəxanasından APA-ya verilən məlumata görə, avtobusla yük maşınının toqquşması nəticəsində 6 nəfər yaralanıb. Bunlar avtobusun sürücüsü, 63 yaşlı Mövsüm Həsənov və avtobusda olan sərnişinlər - 39 yaşlı Fikrət Tağıyev, 63 yaşlı Natəvan Əsədova, 34 yaşlı Sakit Qasımov, 47 yaşlı Xatirə Rüstəmova, 48 yaşlı İslam Teymurovdur.

Xəsarət alanların hamısı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

***

10 noyabr saat 23.25

Bakı. Mahir Məmmədli - APA. Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, 90 NF 529 dövlət nömrə nişanlı 104 saylı marşrutla hərəkət edən avtobus Suraxanı rayonu ərazisində 10 AL 262 dövlət nömrə nişanlı "QAZ-53" markalı yük maşını ilə toqquşub.

Nəticədə yük maşını yolun kənarında neft mədəninin ərazisinə düşüb.

Sürücü zərbədən sükan arxasında sıxışıb qalıb. Onu sərnişinlər xilas ediblər. Sürücü xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, avtobusun sürücüsü Həsənov Mövsüm Ağahüseyn oğludur. Qəza nəticəsində onun hər iki ayağı sınıb.

Faktı bağlı Suraxanı RPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR