Qax rayonunda ev yanıb - VİDEO

Qax rayonunda ev yanıb - <span style="color: red;">VİDEO
# 20 noyabr 2013 10:49 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qax rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi bu gün səhər saatlarında rayonun Şotavar kəndində Əfqan Babayevə məxsus ümumi sahəsi 165 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə FHN-in Qax rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisində ev əşyalarının çox qismi yanaraq yararsız hala düşüb. İlkin ehtimala görə, yanğına səbəb evə quraşdırılmış odun sobası olub. Faktla bağlı FHN-in Qax rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR