Əli Əhmədov: “Seçki prosesinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət veririk”

Əli Əhmədov: “Seçki prosesinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət veririk”
# 04 sentyabr 2013 10:57 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, deputat Əli Əhmədov bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta və missiyanın siyasi təhlilçisi Vadim Zdanoviç ilə görüşüb. Partiyadan APA-ya verilən məlumata görə, görüşdə Ə. Əhmədov beynəlxalq müşahidəçilər missiyasının Azərbaycanda fəaliyyətə başlamasının məmnunluq doğurduğunu qeyd edib.

O bildirib ki, hakimiyyət seçki prosesinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət verir. Tana de Zulueta isə görüşdə Azərbaycan hökumətinin seçki prosesinin ilk gündən müşahidəsinin aparılması istiqamətində atdığı addımın təqdirəlayiq olduğunu qeyd edib. Görüşdə seçkilərə hazırlıq və seçki kampaniyasının təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

YAP İcra katibinin müavini Siyavuş Novruzov da görüşdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR