Teplovozda nasazlıq yaranıb, tüstülənmə baş verib - YENİLƏNİB - VİDEO

Teplovozda nasazlıq yaranıb, tüstülənmə baş verib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 20 iyun 2014 07:17 (UTC +04:00)

Qatarın sərnişinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə bu gün səhər saat 07:50 radələrində, Yevlax-Balakən dəmir yol xəttinin Şəki rayon ərazisindən keçən hissəsində baş verib.

Sərnişinlərin dediyinə görə, yanğın qatarın teplovozunun mühərrik hissəsində müşahidə olunub. Qatarın hərəkəti dayandırılıb, teplovozun mühərrik hissəsində baş verən yanğın teplovozun şəxsi heyətinin səyi nəticəsində dərhal söndürülüb.

Sərnişinlərin sözlərinə görə, saat 09:00 radələrində teplovozun mühərrikində baş verən nasazlıq hələ aradan qaldırılmayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov isə APA-ya bildirib ki, hadisənin sərnişin qatarı ilə bağlılığı yoxdur: “Teplovozda nasazlıq olub və yanacaqla işlədiyi üçün tüstülənmə baş verib. Teplovoz sərnişin qatarına qoşulu olmayıb”.

O deyib ki, hazırda əraziyə yeni teplovoz göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR