Dənizdə daha bir nəfər xilas olunub, ötən gün batmış 16 yaşlı gəncin isə cəsədi tapılıb

Dənizdə daha bir nəfər xilas olunub, ötən gün batmış 16 yaşlı gəncin isə cəsədi tapılıb
# 09 iyul 2013 20:06 (UTC +04:00)

Bakı-APA. Bu gün Sumqayıtda bir nəfər batmaq təhlükəsi ilə üzləşib. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsinin ərazisində) bir nəfər batmaq təhlükəsi ilə üzləşib və FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Bundan başqa, iyulun 8-də Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3 km aralıda) batmış 1997-ci il təvəllüdlü Qurbanəli Malik oğlu Məmmədovun axtarışları başa çatıb. Q.Məmmədovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 1,8 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR