ARDNŞ ötən ay 15,6 kilometr qazma işi aparıb

ARDNŞ ötən ay 15,6 kilometr qazma işi aparıb
# 04 iyun 2014 13:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin may ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 15635 metr qazma işi həyata keçirib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 14962 metri istismara, 673 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-may aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 62222 metr qazma işi görülüb ki, bunun da 60627 metri istismara, 1595 metri isə kəşfiyyata aid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR