Rusiya Ukraynaya etiraz notası verib

Rusiya Ukraynaya etiraz notası verib
# 13 iyun 2014 22:24 (UTC +04:00)

APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər idarəsinin açıqlamasında deyilir.

"Bu hərəkəti beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulması, Ukraynanın cənub-şərqində silahlı münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı addım kimi qiymətləndiririk”, sənəddə qeyd edilib.

Rusiya Xarici İşlər Nazirliyi ikitərəfli dialoqun bərpa prosesinə əngəl törədən təxribatlara son qoymağa çağırıb.

Məlum olduğu kimi, iyunun 13-ə keçən gecə Ukrayna ordusunun zirehli avtomobili Rusiyanın dövlət sərhədini pozub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR