Seçkidə müşahidəçilik edəcək şəxslərin sayı 14 410 nəfərə çatıb - VİDEO

Seçkidə müşahidəçilik edəcək şəxslərin sayı 14 410 nəfərə çatıb - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2013 13:35 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Seçki prosesində müşahidəçilik missiyasını həyata keçirəcək şəxslərin sayı 14 410 nəfərə çatıb”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib. O bildirib ki, bunlardan 3070 nəfəri ölkə üzrə, 11.340 nəfəri isə dairə hüdudlarında müşahidəçilik missiyasını həyata keçirəcəklər.

M. Pənahov əlavə edib ki, seçki prosesinin təşviqat mərhələsi uğurla, hər hansı şikayət daxil olmadan davam edir. M. Pənahov namizədlərin vəkillərinin, səlahiyyətli nümayəndələrinin adlarının əvvəlcədən MSK-ya təqdim olunmasının zəruri olduğunu qeyd edib: “Bəziləri hər gün çıxış edəcək şəxslərin adlarını MSK-ya təqdim edir. Bu da bir qədər narahatlıq yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR