“NBC Bank” I rübü kəskin zərərlə başa vurub

“NBC Bank” I rübü kəskin zərərlə başa vurub
# 12 may 2014 14:23 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “NBC Bank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 122,028 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37,5% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 32,6% artaraq 98,281 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 4,1% azalaraq 6,959 mln. manat olub.

Depozit portfeli hesabat dövrü ərzində 36% artaraq 57,138 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 41,3% artaraq 37,917 mln. manata çatdığı halda, nizamnamə kapitalı 62,2% artaraq 36 mln. 536 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 41,5% artaraq 5,06 mln. manat, xərcləri isə təxminən 2,4 dəfə artaraq 5,53 mln. manata çatıb.

Cari ilin I rübünü bank 1,367 mln. manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR