Bakıda VIII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının açılışı keçirilib

Bakıda VIII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının açılışı keçirilib
# 04 aprel 2014 11:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda VIII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının açılışı keçirilib. APA-nın xəbərinə görə, tədbir Təhsil Nazirliyi, İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirin açılışı ilə bağlı keçirilən mətbuat konfransında ARDNŞ-nin vitse-prezidenti Rəfiqə Hüseynova bildirib ki, Azərbaycan beynəlxalq olimpiadaya 8 ildir ev sahibliyi edir və bu müddət ərzində iştirakçıların sayı ildən-ilə artır. Onun sözlərinə görə, olimpiadanın məqsədi dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli yetişdirmək, şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, problemlərin həllində şagirdlərin iştirakı ilə müxtəlif layihələr əldə etməkdən ibarətdir.

Bu il keçiriləcək VIII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında 51 ölkədən 500-ə qədər iştirakçı yarışacaq. Olimpiadaya 2013-cü ildə 45 ölkədən 450-dən artıq iştirakçı gəlib. Azərbaycan məktəblərindən 200-dən artıq layihə arasından 60 layihə, xarici ölkələrdən isə 58 layihə seçilib. Bu il Azərbaycanla yanaşı 51 xarici ölkədən 425 layihədən 58, Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub, onlardan 62-si növbəti mərhələyə keçib.

Qeyd edək ki, dünya məktəbliləri beynəlxalq olimpiada çərçivəsində 2 gün öz bacarıqlarını nümayiş etdirəcək. Sabah olimpiadanın qalibləri elan ediləcək və mükafatlandırma həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR