İlk dəfə olaraq Xəzərin Azərbaycan sektorundakı sualtı palçıq vulkanları tədqiq edilib

İlk dəfə olaraq Xəzərin Azərbaycan sektorundakı sualtı palçıq vulkanları tədqiq edilib
# 19 sentyabr 2013 13:41 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirib ki, alman mütəxəssislər 1 həftə ərzində dənizdə işləyərək analiz üçün müxtəlif nümunələr götürüblər. A. Əliyev qeyd edib ki, tədqiqatlar Xəzərin quruya yaxın Şelf zonasında, 10-15 metr dərinliyində yerləşən dayaz ərazilərdə aparılıb: “Alman alimlər vulkanların yerləşdiyi ərazilərdən dibaltı çöküntülərdən nümunələr götürüb və onları analiz etmək üçün özləri ilə Almaniyaya aparıblar. Analiz uzun müddət çəkəcək və işlər ilin sonuna kimi başa çatdırılacaq. Nəticələr açıqlanandan sonra növbəti birgə işlərin hansı formada və istiqamətdə davam etdirilməsi məsələsi müzakirə olunacaq”.

A. Əliyev əlavə edib ki, bu vaxta kimi almaniyalı mütəxəssislər qurudakı bir neçə palçıq vulkanını öyrəniblər və nümunələr götürüblər. Onun sözlərinə görə, dənizdəki palçıq vulkanlarının öyrənilməsi neft-qaz yataqlarının ehtiyatının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR