Tiflisdə Cənubi Qafqaz ölkələrinin nazirliklərində çalışan nümayəndələr iki illik kurs bitiriblər

Tiflisdə Cənubi Qafqaz ölkələrinin nazirliklərində çalışan nümayəndələr iki illik kurs bitiriblər
# 03 iyun 2014 18:21 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. ABŞ-ın Tiflisdəki Xəstəliklərə Nəzarət Mərkəzinin Azərbaycan, Gürcüstan və Ermənistanın səhiyyə və kənd təsərrüfatı nazirliklərinin, baytarlıq xidmətlərinin nümayəndələri Gürcüstan paytaxtında Qafqaz Tarla Epidemiologiyası və Laboratoriya Tədris Proqramı adlanan iki illik kurs bitiriblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, kurslarda 5 nəfər azərbaycanlı, 8 nəfər gürcü və 4 nəfər erməni iştirak edib. Məlumata görə, proqramın məqsədi epidemiologiya və laboratoriya biliklərinin artırılması, insanlarda və heyvanlarda xəstəliklərin privensiyasının vaxtında aşkar edilməsi, xəstəliklərə qarşı nəzarətin gücləndirilməsi yollarının öyrənilməsidir.

ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland kursu bitirənləri təbrik edib və iki il ərzində əldə etdikləri biliyin problemin həllində böyük rol oynayacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR