Aqil M. Quliyevin apellyasiya məhkəməsi başlayıb

Aqil M. Quliyevin apellyasiya məhkəməsi başlayıb
# 22 may 2013 15:03 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı mayın 29-na təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Marianna Turabova adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil. M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirib.

Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A. M. Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsi həmin cinayət işi əsasında A. M. Quliyevin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verib. A.M. Quliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan A. M. Quliyev isə apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR