Tovuzda yaşayış evində partlayış baş verib - YENİLƏNİB - FOTO - VİDEO

Tovuzda yaşayış evində partlayış baş verib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 04 fevral 2014 14:50 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında, Natiq Əsgərov küçəsi, ev-12-də Kamil Cəfərova məxsus mənzildə baş verib. Partlayışın dalğası o qədər güclü olub ki, iki mərtəbəli yaşayış binasının bir tərəfi tamamilə çöküb. Hadisə zamanı xəsarət alan olmayıb.

Ev sahibi Kamil Cəfərov bildirib ki, evin ikinci mərtəbəsinə qaz sızıb və soyuducuda yaranan qısaqapanma nəticəsində partlayış baş verib. Anidən baş verən partlayış qonşularda da hiss olunub.

***

saat 16:52

Bakı. Fuad Cəfərov - APA. Tovuzda yaşayış evində partlayış baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə qaz sızması nəticəsində partlayış olub.

Nəticədə evin dam örtüyü çöküb, 2-ci mərtəbənin daşıyıcı divarlarının bir hissəsi deformasiyaya uğrayıb.

Yanğın hadisəsi olmayıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR