Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 05 dekabr 2013 09:19 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, forum Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə baş tutub. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, maşınqayırma, tikinti, qida sənayesi, qablaşdırma, logistika və digər sahələrdə fəaliyyət göstərən 130 nəfər iş adamı iştirak edib.


Azpromo-nun rəhbəri Rüfət Məmmədov bildirib ki, bu cür tədbirlər ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə, iş adamları arasında əlaqələrin inkişafına təkan verir.

Onun sözlərinə görə, iki ölkə arasında ümumi investisiya əlaqələri getdikcə genişlənir: «Bu ilin 9 ayı ərzində Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsi 94% artıb və 326 mln. ABŞ dolları təşkil edib. Bu çox yüksək göstəricidir və görülən işlərin nəticəsidir: «Ötən il isə bu rəqəm 264 mln. dollar olub. Burada idxal-ixrac əməliyyatları eynilik təşkil edib. Azərbaycandan Avstriyaya əsasən neft və neft məhsulları, qida sənayesi məhsulları ixrac olunur. Əslində isə ixracın tərkibi çox genişdir».

R.məmmədov avstriyalı iş adamlarını qarşılıqlı əməkdaşlığa dəvət edib: «İstəyirik ki, investisiya sahəsində əməkdaşlığı genişləndirək. Qeyri-neft sektoru sahəsinə, xüsusən də kimya sənayesində bu ölkədən olan şirkətlərin iştirakını gözləyirik. Həmçinin, qida sənayesi və yüksək texnologiyalar sahəsində onların iştirak etməsini istəyirik».


Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Meyer Kaybiç çıxışında ölkələrimiz arasında mövcud əlaqələrdən danışıb.


Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şents isə iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyini qeyd edib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən Avstriya şirkətləri Azərbaycanın inkişafına dəstək verir: «Ticarət dövriyyəsinə fikir verdikdə, Azərbaycanın ixracatı Avstriyaya nisbətən daha çoxdur. Qarşılıqlı ticarət dövriyyəsində 80% artım olub. Bu il üçün də ticarət əlaqələri ilə bağlı fikirlərimiz müsbətdir».


Palata rəsmisi vurğulayıb ki, Avstriya Azərbaycanda əsasən tikinti materialları sektoruna investisiya yatırır: «Eləcə də tikinti və mühəndislik texnologiyaları sahələrinə investisiya yatırırıq. Lakin bununla belə, bizə turizm sahələri, xüsusilə də qış turizmi ilə bağlı təkliflər daxil olur. Həmçinin, xəstəxanaların tikintisi və idarə olunmasında, kommunikasiya sistemləri sahəsində fəaliyyət göstəririk».


Qeyd edək ki, biznes forumun sonunda Azərbaycan və Avstriyadakı biznes imkanlarına dair təqdimatlar keçirilib, iş adamları arasında ikitərəfli işgüzar görüşlər baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR