Azərbaycanda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında iki azyaşlı tüstüdən zəhərlənib

Azərbaycanda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında iki azyaşlı tüstüdən zəhərlənib
# 18 fevral 2014 14:51 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kvadratmetr olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 18 kv.m sahədə yanıb.

Yanğın zamanı mənzildə köməksiz qalmış 2 azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş halda xilas olunub və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR