Xələf Xələfov: “Ümid edirəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti 2014-cü ildə baş tutacaq”

Xələf Xələfov: “Ümid edirəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti 2014-cü ildə baş tutacaq”
# 24 fevral 2014 08:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, sammitin keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir və bu işlər iki formatda keçirilir: “İşçi qrupunun mütəmadi iclasları keçirilir. Bilirsiniz ki, sonuncu görüş Astanada olub, növbəti iclas Aşqabadda olacaq və orada da hazırlıq işləri müzakirə olunacaq. Aprelin 20-21-də xarici işlər nazirləri səviyyəsində konfransın keçirilməsi nəzərdə tutulur. Bundan sonra artıq sammitin keçirilməsi ətrafında hazırlıq işləri yekunlaşacaq. Ümid edirəm ki, sammit 2014-cü ildə baş tutacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR