Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb - YENİLƏNİB

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 27 mart 2014 10:01 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da martın 28-də əsasən gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 11-16 isti, dağlarda gecə 2 şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 28-də Abşeron yarımadasında mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaq. Martın 29-da atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Martın 30-da isə atmosfer təzyiqinin təzadlı tərəddüdü, güclü xəzri küləyi, ötən günlə müqayisədə havanın temperaturunun qısa müddətdə kəskin enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR